Xaçmaz İƏR mərkəzi

Xaçmaz icma əsaslı reabilitasiya mərkəzi 2005-ci ildən fəaliyyətə başlayıb. Reabilitasiyaya 4 rayondan (Xaçmaz, Quba, Şabran, Qusar) xüsusi qayğıya ehtiyaclı uşaqlar və onların valideynləri cəlb olunur.

Müxtəlif  problemi olan uşaqlar  bu mərkəzdən bəhrələnir. Mərkəz fəaliyyətə  2 uşaqla başlamış,

hazırda isə  200-dən çox uşaqla məşğul olur. 2006-cı ilin iyul ayında Mərkəzin Valideyn Birliyi yarandı ki,  öz işini 70 nəfər üzvü ilə başladı. V.B uşaqların rifahı üçün bir çox nailiyyətlər əldə edib. 3 il ərzində sahibkarlarla sıx əməkdaşlıq nəticəsində uşaqlar üçün müxtəlif kiçik layihələr həyata keçirir.  Valideynlər bir-biri ilə sıx əmkdaşlıq edərək hər bir sahədə, bir-birini dəstəkləyir.

VB- nin Nailiyyətləri

“VB”– i üzvləri 2006-cı ildə Səhiyyə Nazirliyi ilə əməkdaşlıq sayəsində uşaq  poliklinikasında “ Uşaq nevroloji “ şöbəsi açılıb.

“VB” üzvləri 2009-2010-cu illərdə layihə yazıb “Buta“təşkilatına təqdim etmişlər və layihədə qalib olmuşlar.

Azərbaycan Respublikasının Nazirlər kabinetinin 2001-ci il 25 dekabr tarixli 200 nömrəli qərarına əsasən 2005-ci ildən Xaçmaz İƏR mərkəzindən bəhrələnən 50 nəfər uşaq fərdi təhsilə cəlb olunub.

VB liderinin birbaşa köməyi nəticəsində 30 nəfərin (18 yaşa qədər )əlillik müavinəti məsələsi həll edilmişdir.

20 nəfər ailənin sosial müavinət almasında VB liderlərinin   köməkliyi olmuşdur.

İcmanın tövhələri

5 nəfər gənc Ramanada kurslarda (tikişçi, bərbər vəs..)cəlb olunaraq sertifikat almışlar. 3 nəfərə qiymətli hədiyyələr verilmişdir.(2 tikiş maşını və 1 bərbərlik ləvazimatı)

16 nəfər gənc Xaçmaz Məşğulluq İdarəsinin  təşkil etdiyi kompüter kurslarında oxuyub, sertifikatlar , 2 aylıq təqaüd almışlar.

Xaçmaz İƏR mərkəzindən bəhrələnən uşaqlara icmadan bu günə kimi 13 əlil arabası verilib. Müxtəlif yardımlar (ərzaq, paltar və s..)olmuşdur.

Xaçmaz mədəniyyət evindəki aktyor truppası dəfələrlə bütün bayramlarda uşaqlara kukla teatrı, tamaşalar, yeni il,Novruz bayramı şouları və hədiyyələr təqdim etmişlər.

Sülh Korpusunun köməyi

Hazırda Sülh Korpusunun təşəbbüsü ilə “Çanta” layihəsi üzərində işlənir və valideynlər bu prosesdə fəal iştirak edirlər.

8 nəfər gənc 2010-cu il avqust ayından kompüter kurslarına cəlb olunacaq.

Qəbələ rayonunda korpusun yaratdığı yay istirahət mərkəzində hazırda 2 gəncimiz  yay tətili keçir.

VB üzvlərinin təlimi.

1. “Qəyyumluq”.

2.” Uşaq inkişafı” mövzusunda  təlimlər keçirilib.

 
Copyright 2010 UAFA. All Rights Reserved. Designed by www.siict.net