Gəncə İƏR Mərkəzi

B. NURLAN: “UAFA həyatımı dəyişdi!”

Gəncə İƏR mərkəzi 2003-cü ildən fəaliyyət göstərir. İlkin mərhələlərdə ailələrə dəstək məqsədi ilə xüsusi qayğıya ehtiyaclı (XQE) uşaqların evlərinə, işçilər və könüllülər tərəfindən  səfərlər olunurdu və valideynlərə uşaq inkişafı və aktiv terapiya üsulları haqda məlumat verilir, uşaqlarla məşğələlər aparılırdı. (valideynlərin maariflənməsi).

2003 – cü ildən bu günə kimi 351 uşaq mərkəzin xidmətlərindən bəhrələnib. Mərkəzin əsas məqsədlərindən biri XQE uşaqların gündəlik həyat bacarıqlarını inkişaf etdirmək və onların cəmiyyətə inteqrasiyasına nail olmaqdır.  Görülən işlər nəticəsində mərkəzdən bəhrələnən uşaqların 31 nəfəri tipik məktəb və uşaq bağçalarına gedir, 12 USİ diaqnozlu uşaq sərbəst yeriyir, bir çoxları sərbəst oturur, iməkləyir, sözlü ünsiyyətə girir. Onlarının böyük qisminin sosial bacarıqları inkişaf etmişdir.

Uğurlarımız

Əliyev Nihat-10 yaşlı USİ diaqnozlu oğlandır. Onun 3,5 yaşı olanda, valideynləri onu internata qoymaq istəyirdilər, həkimlər ailəyə deyiblər ki, orada uşağı mualicə edib sizə verəcəklər. Təsadüfən ailə UAFA ilə tanış olur və onlar təşkilat tərəfindən maariflənirlər və uşaq evdə böyüyərək, muəyyən həyat bacarıqlarına malik olub.

Talıbov Fuad – 20.09.1998 təvəllüdlü USİ Parapleqiya diaqnozlu uşaq mərkəzə gələndə 4 yaşı vardı, dəstəklə yeriyirdi, nitqində qüsur var idi və əqli cəhətdən öz yaşıdlarından geri qalırdı. Onunla aparılan aktiv terapiya nəticəsində uşağın qavrama bacarıqları inkişaf etmiş və dəstəksiz yeriyir. 7 yaşında  Gəncə Beynəlxalq məktəbə gedir. Hazırda Fuad yaxşı oxuyur və sentyabr ayından peşə yönümlü məktəbə yönəldiləcək.

Verdiyev Ariz – 09.03.1999 təvəllüdlü Astiqmatizm diaqnozlu, əqli geriliyi olan uşaq idi. Ailə maddi imkansızlıq səbəbindən  uşağın müalicə və inkişafı ilə məşğul ola bilmirdilər. Mərkəzin xidmətlərindən bəhrələnəndən sonra qavrama sahəsində irəliləyən uşağı Beynəlxalq məktəbə, eyni zamanda  uşağın gözlərinin əməliyyat olunması üçün Caspian Project-ə yönəltdik və əməliyyat uğurla nəticələndi.  Hazırda o, məktəbdə və cəmiyyətdə öz yaşıdlar ilə habelə, digər uşaqlarla özünü komplekssiz idarə edir.

Cəfərov Ruslan – 12.06.1999 təvəllüdlü Autizm diaqnozlu uşaq mərkəzə gələndə heç kəslə ünsiyyətə girmirdi, daim ağlayır, qışqırırdı. Uşaq fərdi və qrup məşğələlərinə cəlb olundu və 3 il onunla aktiv terapeya metodları uzrə iş aparıldı. Bunun nəticəsində uşaq tipik məktəbə getdi.

Babacanov Nurlan  – 17 yaşlı USİ Parapleqiya diaqnozlu oğlandır. Mərkəz onlarla poliklinika vasitəsilə əlaqə yaratmışdır. Həmin vaxtlar ailə cox depressiv vəziyyətdə idi və ailənin 2 övladı USİ diaqnozlu idi. Uşaqlarla  heç bir reabilitasiya işi aparılmırdı, Nurlan isə çox passiv həyat tərzi keçirirdi, bütün günü televizora baxırdı və hərdən bir evin içində dəstəklə yeriyirdi. Mərkəzdən bəhrələnməklə yanaşı (İdman terapiyası) Nurlanı cərrahiyyə əmaliyyatına yönəltdik. Ugurlu əməliyyatdan sonra Nurlanın ayaqlarında bərpa işləri aparıldı (Aktiv, idman terapeyaları) və nəhayət ki o, az qüsurla sərbəst yeriməyə başladı. Hal-hazırda o, peşə təhsili alır, bir çox gənclər və əlil təşkilatları ilə əlaqə saxlayır. Indi Nurlan həmin təşkilatlardan birinin layihəsi ilə Turkiyədə 1 illik təhsil almağa hazırlaşır. Nurlanın sitatı: “UAFA həyatımı dəyişdi!”

6. Hadıyev Elşad – 11.04.1996 təvəllüdlü Hidrosefaliya, USİ diaqnozlu uşaqdır. Mərkəz ailə ilə tanış olanda ailə çox ümidsiz və bədbin vəziyyətdə idilər. Uşaq fiziki və əqli cəhətdən çox zəif idi. Ana ilə maarifləndirmə işləri aparıldı, uşaq məşğələlərə cəlb olundu (Aktiv, İdman terapiyaları) və artıq 2006 – cı ildə tipik məktəbə getdi. Hal-hazırda sinifdə riyaziyyat fənnindən əlaçı uşaqlardan biridir. Ailə çox ümidlidir.

UAFA Gəncə İƏR Mərkəzindən bəhrələnən XQE uşaqlar bir çox respublika və şəhər səviyyəsində keçirilən tədbirlərdə iştirak edərək uğurlar qazanmışlar. Bakıda keçirilən “Həyat tamaşa kimi” IV Milli Festivalı, “Mərhəmət işığında” ”Mən də varam” rəsm sərgisi və s.

Valideyn Birliyi

Mərkəzdə VB-i də fəaliyyət göstərir. Valideynlərin özlərinin və övladlarının hüquq müdafiəçiləri olması, hər bir sahədə fəallıqlarının artırılması, psixoloji dəstək, maarifləndirmə və s.  Onlara uşaq inkişafı, reabilitasiyası, oyun  terapeyası, davranış problemləri, müvəkkillik və s. təlimlər keçirilir. Dövlət-QHT-biznes qurumları, iş adamları  və b. ilə görüşləri keçirilir. Gəncə VB-nin üzvləri “Buta” təşkilatının qrant layihəsini qazanaraq uşaq inkişafı üçün lazımi  ehtiyacları mərkəzə  almışlar.

 

« VB-nin üzvləri qeyd edirlər ki, onlar bir çox idarə, dövlət müəssisələrində və təşkilatlarında  tanınır və onlara müsbət və xoş münasibət göstərilir »

 
Copyright 2010 UAFA. All Rights Reserved. Designed by www.siict.net