“Azərbaycanda həssas təbəqədən olan uşaqların öz ailələrində yaşamasını təmin etmək”

Bu üçillik proqram Azərbaycana Birgə Yardım (UAFA) və “Hər bir Uşaq” (EveryChild) təşkilatı tərəfindən həyata keçirilir

MƏQSƏD

Ailə əsaslı qayğıya yönəlmiş müxtəlif növ icma əsaslı sosial xidmətlərin həssas təbəqədən olan uşaqlar və onların ailələri üçün müyəssərləyini təmin etmək

Nəticə 1: Ailəyə qaytarmaqla və ya ilk addım olaraq müəssisələrdə yerləşdirilməsinin qarşısını almaqla ailədə yaşayan uşaqların sayını artırmaq

TƏLİMLƏR

  • Müəssisələrdəki uşaq inkişafı işçiləri üçün reabilitasiya üsulları və Xüsusi Ehtiyaclılar üçün təhsil üzrə təlimlərin davam etdirilməsi
  • Müəssisələrə axının qarşısının alınması (qeyt-kipinq) prosedurları üzrə yeni sosial işçilərə təlimlər keçirilməsi
  • Müəssisələrə axının qarşısının alınması (qeyt-kipinq) üçün təlim keçən sosial işçilər və müəssisə işçi heyəti ilə praktiki işin inkişaf etdirilməsi
  • Qeyt kipinq və göndəriş prosedurları sahəsində yerli dövlət strukturları/Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün təlimlərin təşkili

Praktiki iş – Ailələrə qaytarılma
UAFA/müəssisə işçi heyəti

Müəssisələrdə olan bütün uşaqların ailələrinin ünvanlarının müəyyənləşdirilməsi

Ünvanı müəyyənləşdirilmiş  ailələrlə əlaqənın yaradılması

Hər bir uşaq üçün qayğı planının yazılması

Ünvanı müəyyənləşdirilmiş ailələrin qiymətləndirilməsinin həyata keçirilməsi

Ailəyə qaytarılma ehtimalı olan uşaqların və onların ailələrinin qiymətləndirilməsinin aparılması (birinci il minimum 10% nəzərdə tutulur)

İcma əsaslı dəstəyin miqyasını müəyyənləşdirmək məqsədilə icmalara səfərlərin təşkili

Uşaqların ailələrinə qaytarılması

Ailəyə qaytarıldıqdan sonra uyğunlaşma prosesinə müntəzəm nəzarətin təşkili

Praktiki iş  – preventiv tədbirlər
UAFA/müəssisə işçi heyəti

  • Müəssisələrdə qeyt-kipinq prosesi üçün prosedurların hazırlanması
  • Ailələrə konsultasiya üçün Ailəyə Dəstək otağı və ya mərkəzinin təşkil edilməsi
  • Icma əsaslı xidmətlər və digər reabilitasiya müəssisələri arasında göndəriş strukturunun həyata keçirilməsi
  • Bu kimi preventiv müdaxilə hallarına davamlı nəzarətin təşkili

 

Praktiki İş – alternativ qayğı xidmətləri UAFA/müəssisə işçi heyəti

Reabilitasiya, günərzi qayğı və fasiləli xidmətlərlə (alternativ qayğı xidmətləri) bağlı şərtlərin və prosedurların hazırlanması

Alternativ qayğı xidmətlərindən istifadə edən bütün uşaqlar üçün fərdi uşaq inkişafı planının hazırlanması

Müəssisələrin rolunun alternativ qayğı xidmətlərinin təminatçısı olması haqda yerli məlumatlandırma kampaniyasının həyata keçirilməsi

Davamlılıq və Cavabdehlik

  • Yeni xidmətlərin daxil edilməsi üçün müəssisələrin idarə olunması ilə bağlı qanunvericiliyin nəzərdən keçirilməsi
  • Alternativ mənbələrdən daxil olacaq maliyyə vəsaitinin xərclənməsi üzrə şəffaflıq sxeminin hazırlanması məqsədilə imkanların tədqiq olunması
  • Yeni xidmətlər/tələb olunan vəzifələr üçün nəzərdə tutulan xərclərin Dövlət büdcəsinə daxil edilməsinin təmin olunması
  • Sosial iş/reabilitasiya üzrə təlim proqramlarının İxtisasartırma İnstitutunun tədris proqramına daxil edilməsi
  • Fərdi halların idarə olunması (case management) və Uşaq Müdafiəsi ilə bağlı məsələlərə nəzarət etməsi üçün Uşaq Müdafiə Şurasının yaradılması

Həvəsləndirmə

Qısa müddətli:

  • Alternativ qayğı xidmətlərinin həyata keçirilməsinə cəlb olunan işçi heyətə pul mükafatlarının verilməsi
  • Təcrübə mübadiləsi üçün xarici ölkələrə səfərlərin təşkili

Uzun müddətli:

İnkişaf etdirilmiş xidmətlər ailələrin alternativ qayğıya olan tələblərini artırır




 
Copyright 2010 UAFA. All Rights Reserved. Designed by www.siict.net