| UAFA Haqqında |
|
UAFA bir ölkədə fəaliyyət göstərməkdə ixtisaslaşmış beynəlxalq QHT kimi özünəməxsus təşkilatdır. Təşkilatın mərkəzi qərargah işçiləri məvacib almır və o, yerli QHT kimi ölkədaxili qaydalar çərçivəsində fəaliyyət göstərir. Məqsədlərimiz nədir? UAFA-nın məqsədləri aşağıdakılardır: Dövlət qayğısında olan uşaqların sayının azaldılması (qeyri-müəssisələşmə) Müəssisələrdə qayğı səviyyəsinin yüksəldilməsi (Qayğı və Xidmət səviyyəsinin yüksəldilməsi) Xüsusi ehtiyaclı uşaqlar üçün sosial xidmətlərin inkişafı Azərbaycandakı uşaq müəssisələrində 8000-dən çox uşaq vardır ki, onların da 70%-dən çoxunun valideynləri hal-hazırda sağdır. Uşaqlar əsasən yoxsulluq, ailələrin dağılması və əlillik səbəblərinə görə müəssisələrə qoyulurlar.
Biz hesab edirik ki, bütün uşaqların onlar üçün ən yaxşı şəraitdə böyüməsinə haqları var və bu, keçmiş sovet üsul idarəetməsindən yeni sistemə keçən bir ölkə üçün fərdi anlayış və uzun müddətli yanaşma tələb edir. UAFA təşəbbüs, informasiya və təcrübə üzəridə qurulmuş novatorçu təşkilatdır. Biz öz geniş təcrübəmizdən istifadə edir və bunu Azərbaycan üçün həyata keçiriləcək model layihələr işləyib hazırlamaq üçün xarici təcrübəbən yaranmış biliklə əlaqələndiririk. Sitatlar:
«UAFA təşkilatı vəziyyəti bilir və Azərbaycan xalqının normal həyatına istiqamətlənmiş inkişafda əsl uzun müddətli strategiyaları həyata keçirir. Mənim ölkəm bunu yüksək qiymətləndirəcək və UAFA-ya həmişə minnətdar olacaq».
Mahmud Məmmədquliyev, Himayədar
«Dəyişiklik o vaxt baş verə bilər ki, sən məqsədli və davamlı yanaşma göstərirsən; UAFA da bu strategiyanı həyata keçirir. Biz fəaliyyət göstərdiyimiz sahədə ixtisaslaşmış bilik əldə etmişik – ölkənin fərdi şəraitinə uyğun proqramlar işlənib hazırlandığı halda uğur qazanman olar...» Qvendolin Burçel, Təşkilatın əsasını qoyan
Himayədarlar: Mahmud Məmmədquliyev cənabları – Xarici İşlər Nazirinin müavini Professor Karol Sikora MA MB PhD FRCR FRCP – Onkoloq konsultant Zülfiyyə Xanbabayeva – Müğənni Rut Lenk - Sədr, HOMS - Azərbaycanda Xarici Ölkə Nümayəndəlikləri Başçılarının Xanımları Qrupunun Rəhbəri
N. 1068313 Xeyriyyə təşkilatı |


UAFA təşkilatı əsas diqqəti uşaqlar, səhiyyə və təhsilə verməklə Azərbaycanda həyatın uzun müddətli inkişafına yardım göstərmək missiyasını öz üzərinə götürərək 1998-ci ildə yaradılmışdır.